Əlaqə Arxiv
news Image
2014.11.18
14:30
| A A A
Səbail rayonunda yanğınların profilaktikası ilə bağlı müşavirə keçirilmişdir

Səbail rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə birgə "Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu" mövzusunda rayon müşavirəsi keçirilmişdir.

Səbail rayon rəhbərliyi, qəsəbə və ərazi nümayəndəliklərinin, bələdiyyələrin, rayonun təsərrüfat və kommunal xidmətlərinin rəhbərlərinin, aidiyyəti idarə və təhsil müəssisələrinin, Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının əməkdaşlarının iştirakı ilə keçirilən müşavirəni Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev açaraq qonaqları salamlamış, tədbirin məqsədi barədə məlumat vermişdir. Bildirilmişdir ki, artıq 4-cü ildir ki, rayon İcra Hakimiyyətində payız-qış mövsümünün başlanması ilə əlaqədar "Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu" mövzusunda silsilə tədbirlər keçirilir, yanğın təhlükəsizliyi və onların profilaktikası ilə bağlı məsələlər müzakirə olunur, çatışmamazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir. Yavər Allahverdiyev yay aylaında rayonda görülən işlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat vermişdir.

Müşavirədə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşlarının "Yanğının baş vermə səbəbləri və yanğın zamanıhərəkət qaydaları", "Yanğın təhlükəsizliyi qaydaları", "Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları" mövzularında çıxışları dinlənildi.

Səbail rayonunun Mənzil Kommunal Təsərrüfatı Birliyi, Qaz İstismarı sahəsi, Enerji Təchizatı və Satışı İdarəsinin, Sukanal İdarəsinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəhbərlərinin hesabatları dinlənildi, mövcud problemlər və onların həlli istiqamətində atılmalı addımlar barədə məlumat verildi.

FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev Səbail rayonunda 2013-2014-cü illərin müvafiq dövrlərində yanğın və dəm qazından zəhərlənmələrlə bağlı müqayisəli statistika, eləcə də rayon ərazisində yanğın təhlükəsizliyi mövcud problemləri tədbir iştirakçılarının nəzərinə çatdırdı, mərkəz əməkdaşları tərəfindən aparılan reydlərin nəticələri ilə iştirakçıları tanış etdi, hər bir idarə və təşkilat rəhbərinin, bələdiyyə üzvünün, vətəndaşın yanğın təhlükəsizliyi və onun profilaktikası ilə bağlı görməli işlərindən, ən əsası isə əhalinin maarifləndirməsi istiqamətində qarşıda duran vəzifələrdən danışdı.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı video materiallar nümayiş etdirildi.
Sizin Reklam Yeriniz