Son günlər ölkə mətbuatında Bakı küçələrində
qeyri-əlverişli ərazilərdə pullu parklama yerlərinin yaradılması
ilə bağlı məlumatlar yer alır.
Belə halların mövcud olması və hansı tədbirlərin görülməsi ilə
bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki
Kamran Əliyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, son
dövrlərdə paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin
maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bir
neçə yeraltı avtomobil duracağı yaradılaraq sürücülərin və
avtomobil sahiblərinin istifadəsinə verilib: "Bununla yanaşı, çox
yaxşı haldır ki, paytaxt sakinlərinin gündəlik həyat və fəaliyyəti,
eləcə də yol kənarlarında uzunmüddətli durmaların qarşısının
alınması ilə əlaqədar yeraltı duracaqlardan kənar ərazilərdə
tələbatdan asılı olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən
300-dək yerüstü parketmə yerləri müəyyənləşdirilərək pullu
xidmətlər təşkil edilmişdir.
Qeyd olunan xidmətlərin fəaliyyətinin nəqliyyatın
hərəkətinə təsiri ilə bağlı keçirdiyimiz növbəti müayinələr zamanı
80-dən çox yerüstü pullu parklanma yerlərinin mövcud tələblərə
cavab verməyən ərazilərdə təşkil edildiyi müəyyən olunmuşdur ki, bu
da xüsusilə pik saatlarında nəqliyyatın fasiləsiz hərəkətinə
manelər yaradır".
K.Əliyev deyib ki, belə yerlərlə bağlı BDYPİ tərəfindən Bakı Şəhər
İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb və onların ləğvi ilə
bağlı müvafiq tədbirlər görülür: "Hesab edirik ki, mərkəzdəki bəzi
duracaq yerləri ləğv edilsə də, duracaqlara olan tələbatın
ödənilməsi baxımından paytaxtın digər yerlərində də razılaşdırılmış
qaydada yeni parklanma yerlərinin yaradılmasına ehtiyac var və bu
məqsədlə araşdırmalar aparılır