Əlaqə Arxiv
news Image
2014.11.18
16:29
| A A A
Bakıda avtoxuliqan polisi küçə ilə sürüdü

Noyabrın 17-dən 18-nə keçən gecə 01.15 radələrində Bakının Nərimanov rayonunda yol polisi əməkdaşı xidməti borcunu yerinə yetirərkən ağır xəsarət alıb.Movqe az oxu.az-a istinadən xəbər verir ki,

 insident Xətai № 40 evin yanında baş verib. İstintaq tərəfindən Namiq Xanəliyeva məxsus, Toyota Prado-nun müəyyən edilməyən sürücüsü, yol hərəkət qaydalarını pozub, buna görə 1979-cu il təvəllüdlü Dövlət yol polis əməkdaşı Hüseynov Əbuzər Cəbrayıl oğlu tərəfindən saxlanılıb.

Polis açıq pəncərədən sənədləri yoxlamaq əlini içəri salarakən sürücü ani pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinini əlini sıxıb.Qaydanı pozan qaza basıb. Bu vəziyyətdə polisi bir neçə metr sürükləyib.Hüseynov əlini güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN hospitalına çatdırılıb.Hal-hazırda polis kobud sürücünü axtarır.

Sizin Reklam Yeriniz