Əlaqə Arxiv
news Image
2014.11.18
22:28
| A A A
Kredit faizləri salınmalıdır

"Neftin qiyməti dünya üzrə orta hesabla 20% azalıb. İstehsalçı sahəsi üzrə tələblərin azalması da buna təsir edir".


ANS PRESS-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə 2015-cil dövlət büdcəsinin müzakirəsi zamanı deyib. 


O bildirib ki, neftin qiymətinin uzun müddət aşağı düşməsi üçün fundamental əsaslar yoxdur: "1990-cı illərdə neftin qiyməti 9 dollara düşmüşdü. Bu neftimizin maya dəyəri qiymətində idi. Ancaq həmin dövrlərdə belə Azərbaycan iqtisadiyyatında sabitlik var idi. Beynəlxalq Valyuta Fondu isə gələn il üçün neftin qiymətini 90 dollardan hesablayıb".


AMB sədri qeyd edib ki, devalivasiyadan ən birinci itirən əhali olur. Məhz buna görə, dövlət müvafiq qabaqlayıcı işlər görür: "Bizim valyutamız sabitdir. Bir sıra dövlətlərdə bizim manat qəbul olunur. Böhran illərində Azərbaycan dövləti banklara kiçik yardımlar etmişdi. Artıq o yardımlar geri qaytarılıb. Bir neçə zəif bankla fərdi iş aparacağıq. Bizim məqsədimiz əhalinin ziyan çəkməməsindən yanadır. Bununla bağlı işlər görürük. Digər bir problem əmanətlərin qoyulmasında artım tempi aşağı düşməsi ilə bağlıdır. Digər tərəfdən banklarda yetərincə artıq vəsait var. Məhz buna görə də faiz dərəcələri aşağı salınmalıdır". 


Sədr qeyd edib ki, əhalinin kreditlərə təlabatı var. Ancaq ölkədə həddindən artıq borclanma yaranır: "Bu fəsadlara gətirib çıxara bilər. Banklar pul qazanmaq xatirinə belə bir yola addım atması onların stabilliyini itirməsinə gətirib çıxara bilər. Bizim tədbirlərimiz nəticəsində bunun qarşısını alır. AMB-nin səyi nəticəsində bu il istehlak kreditləri 2 dəfəyə qədər azalıb. Ötən il bu rəqəm 30% idi. Hazırda isə bu rəqəm 15 % civarındadır".


E.Rüstəmov Azərbaycanda ipoteka kreditləşməsi hesabına indiyədək 15 400 ailə mənzil sahibi olduğunu deyib. Onun sözlərinə görə, hazırda ölkədə ümumilikdə ipoteka portfeli 1 mlrd. manat təşkil edir: "Bu məbləğin təxminən 600 mln. manatı Azərbaycan İpoteka Fondunun xətti ilə verilib". 

Sizin Reklam Yeriniz