Əlaqə Arxiv
news Image
2014.11.18
19:00
| A A A
Ən gözəl hicablı qızlar yarışacaq
"Miss World Muslimah"da 25 qız mübarizə aparacaq

Müsəlman qadınlar arasında gözəllik yarışı keçirilir. "Miss World Muslimah"ın yarımfinalına vəsiqə qazanan qızlar İndoneziyanın ən qədim buddist məbədində kamera qarşısına keçiblər. Bu il dördüncü dəfə keçirilən müsabiqədə 25 ölkə yarışacaq. Movqe.az-ın məlumatına görə, müsəlman qadınların yarışacağı müsabiqəyə İndoneziya ev sahibliyi edəcək. Yarışı İndoneziyada yerləşən Dünya Muslimah Dərnəyi (World Muslimah Foundation) təşkil edir. Bu müsabiqənin fərqi ondadır ki, burada bir ölkədən bir necə qadın iştirak edə bilər. Bu il qalib adı uğrunda mübarizə aparan ölkələr arasında Fələstin, Hollandiya, Misir, Banqladeş, İran, Nigeriya, Tunis, Sinqapur, CAR, İngiltərə, kanada, Hindistan, ABŞ, Malayziya, İndoneziyanın adı var. Finala çıxan qızların savadı, dünyagörüşü, dini bilikləri, ünsiyyət qabiliyyəti qiymətləndirilir. Müsabiqənin qalibi isə Həcc ziyarəti, Avropa ölkələri, Türkiyə, Bruney, Hindistan, İran, Malayziyada təhsil haqqı qazanacaq.

Sizin Reklam Yeriniz