Əlaqə Arxiv
news Image
2014.11.19
09:30
| A A A
Cəbhədə daha bir gərgin gecə
Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 65 dəfə pozulub. Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.


Sizin Reklam Yeriniz