Əlaqə Arxiv
news Image
2014.11.19
13:05
| A A A
Bu da "cihadçı Con"

Suriyada Qərbi girovları edam edən İŞİD militantı "cihadçı Con" a aid olduğu iddia edilən görüntülər yayımlanıb. 2011-ci ildə çəkildiyi bildirilən görüntülərdə cihadçı Conun üzü ilk dəfə açıq-aşkar görülür.


Görüntülərdə, Abdülmacit Əbdülbari adlı İngilis reper bir televiziya əməkdaşı ilə danışarkən görülür.


4 il əvvəl London hadisələri zamanı çəkilən görüntülərdə Əbdülbari hirsli bir şəkildə polisə olan reaksiyasını dilə gətirir.


  24 yaşındakı reperin radikallaşdıqdan sonra musiqi karyerasını buraxdığı iddia edilib.Abdülbarinin ötən il Suriyaya gedərək terror təşkilatı İŞİD-ə qatıldığı təxmin edilir.


Abdülmacit Abdülbarinin atası da 1998-ci ildə Keniya və Tanzaniyadakı ABŞ səfirliklərinə yönəlmiş bombardmana qarışması səbəbiylə İngiltərədən ABŞ-a deportasiya edilmişdi.

Sizin Reklam Yeriniz