Əlaqə Arxiv
news Image
2014.11.19
13:48
| A A A
Naxçıvanın öz bayraq günü oldu

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada Dövlət Bayrağı gününün qeyd olunması ilə bağlı fərman imzalayıb. Fərmana görə, hər il noyabrın 17-də Naxçıvanda Dövlət Bayrağı günü kimi qeyd olunacaq.

Fərmanda Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində mühüm yer aldığı vurğulanır :

"Burada böyük dövlətçilik ənənələrinin əsası qoyulub. X əsrdə "Naxçıvan şahlığı", XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII - XIX əsrlərdə "Naxçıvan xanlığı", XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir. Azərbaycanın bu tarixi ərazisində formalaşan ən qiymətli sərvətlərdən biri də Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasında isə Naxçıvan muxtar dövlətinin rəmzlərinin Azərbaycan Respublikasının Dövlət Bayrağı, gerbi və Dövlət Himni olduğu təsbit edilmişdir".

Fərmanda qeyd olunur ki, Azərbaycan Xalıq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə Naxçıvanda - 1990-cı il noyabrın 17-də muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul olunub. Həmin günün dövlətçilik tarixindəki əhəmiyyəti nəzərə alınaraq bu fərmanın verildiyi qeyd olunur.

Noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının açılışı olub. Bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yaradılıb. .

Sizin Reklam Yeriniz