Əlaqə Arxiv
news Image
2014.11.19
16:05
| A A A
Bakının girişində yeni körpü tikilir-Fotolar
Bakı-Quba avtomobil yolunun 6-9 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində 9-cu km-də yerləşən mövcud yolötürücüləri sökülərək yerində müasir tipli yolötürücülərin inşasına başlanılıb.Movqe az Trend-ə istinadən xəbər verir ki, sovet döründə inşa olunan yolötürücülərdən fərqli olaraq yeni tikilən müasir yolötürücüləri 4 aşırımdan ibarət olacaq ki, bununla da sonuncu aşırımın alt hissəsindən əks tərəfə keçid məqsədilə yeni hissə salınacaq. Uzunluğu 110 m nəzərdə tutulan yolötürücülərin birinin eni 13,5m, digərinin isə 15,5m olacaq.Şəhərə giriş hissədə yerləşən yolötürücüsünün 1 dayağı artıq hazırdır, 2-ci və 3-cü dayaqların isə təməli betonlanıb. Hazırda dirəklər montaj olunur.Şəhərdən çıxış üçün nəzərdə tutulan yolötürücüsündə dayağın armaturu yığılır. İşlərin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.


Sizin Reklam Yeriniz