Əlaqə Arxiv
news Image
2014.11.19
16:47
| A A A
İrandan azərbaycanlı xəstələrə zərbə - Yasaq

İran xarici vətəndaşlara böyrək satışını qadağan edib.Movqe az Axar.az-a istinadən xəbər verir ki, bu qərar iranlı böyrək xəstələri arasında ehtiyacın olmasına görə verilib.Həmçinin, orqanların köçürülməsində yol verilən qanunsuzluqların qarşısını almaq məqsədi ilə İran Səhiyyə Nazirliyi mövcud qanuna yenidən baxacaq.İran Səhiyyə Sistemi Təşkilatının sədri Əlirza Zali jurnalistlərə açıqlamasında digər ölkələrin vətəndaşlarının öz ölkələrindən bir nəfəri gətirməklə, İran xəstəxanalarında böyrək köçürülməsi xidmətlərindən yararlana biləcəklərini deyib:

"Ölkədə böyrək növbəsində duran şəxslərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Daxildə böyrəyə kütləvi surətdə ehtiyac var. Buna görə, xarici şəxslərə bədən üzvünün köçürülməsindən söhbət belə gedə bilməz. Hal-hazırda da böyrəyə və digər bədən üzvlərinə ehtiyacı olan xarici ölkə vətəndaşları köçürmə əməliyyatını həyata keçirmək üçün öz həmyerlilərindən birini İrana gətirə bilərlər. Ancaq özlərinə bədən üzvlərinin köçürülməsi üçün İran vətədaşlarından istifadə edə bilməzlər".


Sizin Reklam Yeriniz