Əlaqə Arxiv
news Image
2014.11.20
13:28
| A A A
Moskvada “Qorxma, mən səninləyəm! 1919” bədii filminin təqdimat mərasimi keçirilib

Moskvada, Puşkin kinoteatrında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalı olan "Qorxma, mən səninləyəm! 1919" bədii filminin təqdimat mərasimi keçirilib. Movqe.az xəbər verir ki, "VAK-info" saytına istinadən bildiririk ki, Puşkin kinoteatrında premyera həyacanı yaşanırdı.Rusiyanın tanınmış incəsənət xadimləri, Azərbaycanın və Rusiyanın xalq artistlərinin təşlif buyurduğu təqdimat mərasimi özünün miqyası ilə seçilirdi.Filmin yaradıçı heyyəti həmçinin qonaqlar 30 ildən sonra ərsəyə gələn ekran əsərinin hər iki ölkənin dostluğunu tərənnüm etdiyini bildirdilər.Təqdimat mərasimində çıxış edən Azərbaycanın Xalq Artisti, Rusiyanın Əməkdar İncəsənət Xadimi, filmin ssenari müəllifi və rejissoru Yuli Qusman 30 ildən artıq Moskvada yaşamasına baxmayaraq, doğulub boya-başa çatdığı Bakını heç vaxt unutmadığını, filmin çəkilişlərinin həyata keçirildiyi 6 rayonda yerli əhalinin onları qonaqpərvərliklə qarşıladığını bildirdi. "Qorxma, mən səninləyəm" filminin ikinci hissəsinin çəkilməsini çoxdan arzulayan və bu istəyini 30 ildən sonra reallığa çevirdiyini bildirən rejissor yeni ekran əsərinin ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Azərbaycan Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Filmin xalqımızın necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərmək istəyi ilə lentə alındığını diqqətə çatdıran Yuli Qusman hələ ilk ekran əsərinin çəkilişi zamanı ümummilli lider Heydər Əliyevin onlara yetirdiyi böyük diqqət və qayğını xüsusilə vurğuladı.Filmin birinci hissəsinin çəkilişindən 32 il ötdüyünü qeyd edən rejissor daha sonra filmdə rol alan tanınmış aktyorları tamaşaçılara təqdim etdi.Çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tamaşaçıları salamlayaraq filmin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi. Polad Bülbüloğlu bildirdi ki bu filmə həm Azərbaycanda, həm də Rusiyada böyük marag var. Daha sonra "Qorxma, mən səninləyəm! 1919" bədii filmi nümayiş olundu.

Geyd olunduğu kimi, hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradan ekran əsərinin operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.Filmdə, həmçinin tanınmış rusiyalı aktyorlar Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Yuri Kobaladze, eləcə də azərbaycanlı aktyorlar Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov,Bəhram Bağırzadə və başqaları çəkilib

Sizin Reklam Yeriniz