Əlaqə Arxiv
news Image
2014.11.20
14:47
| A A A
Yol kənarında dayanan maşını vurdu: ölən var
Noyabrın 20-də saat 01 radələrində Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Movqe az-ın Lent.az-a  istinadən verdiyi məlumata görə, Xocasən qəsəbəsində Salyan şəhər sakini Səbuhi Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Vilayət Vəliyevə məxsus "VAZ-2104" və Sabirabad rayon sakini  Teymur Həsənova məxsus "BMW" markalı avtomobillərə vurub. S.Məmmədov və T.Həsənov xəstəxanaya yerləşdirilib. T.Həsənovun həyatını xilas etmək mümkün olmayıb. S.Məmmədova isə ilkin tibbi yardım göstərilib.Abşeron RPŞ tərəfindən araşdırma aparılır.
Sizin Reklam Yeriniz