“20 Yanvar” dairəsində təmir işləri nə vaxt yekunlaşacaq?
Paytaxtın "20 Yanvar" dairəsində aparılan təmir işləri bu axşam başa çatdırılacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti noyabrın 21-də səhər saatlarından etibarən bərpa ediləcək.
Qeyd edək ki, noyabrın 19-da başlamış təmir işləri ilə əlaqədar "20 Yanvar" dairəsinə giriş müvəqqəti bağlanıb.