Əlaqə Arxiv
news Image
2014.11.20
16:19
| A A A
Daha ciddi işləməli

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş seminar-müşavirədə humanitar siyasətin reallaşdırılmasında yerli və mərkəzi icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Məlum tədbirin qarşıya qoyduğu vəzifələr Masallı rayonun Heydər Əliyev Mərkəzində təhlil olunub.

RİH başçısı Rafil Hüseynov nəzərə çatdırdı ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin geniş məruzəsi ölkəmizdə idarəçilik sisteminin təkmilləşdirilməsinə və humanitar sahədə dövlət siyasətinin daha dinamik həyata keçirilməsi prosesinə layiqli töhfədir. Yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, asudə vaxtın səmərəli təşkili, qadın fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə seminar-müşavirədə ətraflı müzakirələr aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.

-Ölkəmizin vahid dövlət siyasəti var və bu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idarə olunur, – deyə rayon rəhbəri xatırlatdı: – Akademik Ramiz Mehdiyev və bununla bərabər rayon icra hakimiyyəti, ona müvafiq idarə, müəssisə rəhbərləri bu tapşırıqları, müvafiq qanunları komanda şəklində həyata keçirir. Təbii ki, biz də həmin tələblər əsasında işləyirik. Yerli icra hakimiyyətinin strukturları var. İcra hakimiyyəti və yerlərdəki rəhbərlər tərəfindən idarə olunur. Bu və ya başqa işlərlə bağlı məsələlər bir daha müzakirə olundu. Yerlərdə vəziyyət və bütün hallarda işlər icra hakimiyyətinin, onun məsul işçilərinin üzərinə düşür. Biz eyni məsələlər uğrunda çalışırıq və hamımız mükəmməl bir iş meydana çıxarmalıyıq. İşin quruluşu bu cür təşkil olunub və belə olacaq.

Müşavirə iştirakçısı, RİHB-nın ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülşən Xəlılova dedi:

– Müşavirədə Administrasiyanın humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, səhiyyə naziri Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, TQDK-nın sədri Məleykə Abbaszadə, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin çıxışında mövcud vəziyyət müzakirə edildi və qarşıda duran vəzifələrin icrası barədə müvafiq tapşırıq və tövsiyələr verildi.

İclası yekunlaçdıran rayon rəhbəri R.Hüseynov söylədi ki, vətəndaş müraciəti, onlarla təmasda olmaq yerlərdə yaranmış vəziyyətdir. Qarşıya qoyulan məsələlər, vətəndaşların qəbulu, ərizə-şikayətlər, onların izlənməsi, ekologiya-idman, uşaq və gənclər problemi, kadr siyasəti, bu və ya digər aspektdə tapşırıq və tövsiyələrin vəziyyətini bir-birimizdən xəbərsiz icra edə bilmərik. Gündəlik işimizi məhz Prezident cənab İlham Əliyevin tapşırığı əsasında qurmalıyıq. Planlı şəkildə çalışmalıyıq. Nöqsanlara göz yummamalıyıq. Cəmiyyətdə gənclərin məşğulluğunu təmin etməliyik. Gənclər bizim gələcəyimizdir.

Diqqəti Ramiz Mehdiyevin çıxışına yönəldən sözçü dedi ki, hörmətli akademik çıxışda bizim rayonun adını çəkib, qızların təhsildən yayınması, erkən evlilik hallarından söz açıb. O, cənub bölgəsinin rayonlarını xüsusi vurğulayaraq deyib: " Biz həmişə fəxr etmişik ki, ölkəmizdə qadınlar çox yüksək mövqe tutaraq, demək olar, siyasi, iqtisadi və sosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunublar. Lakin cəmi iki rəqəmi səsləndirmək istərdim. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır".

R.Hüseynov bir daha nəzərə çatdırdı ki, bu heç də yaxşı göstərici deyil. Təhsilə diqqət artırılmalıdır. Bu, təkcə humanitar məsələlərlə bağlı deyil. Biz həm də humanitar, sosial sahələrdə nümunə olmalıyıq. Fəaliyyət göstərdiyimiz dövlət qulluğu sahəsində fəal, mübariz olmalıyıq. Sizin hər biriniz öz yerinizdə həmin ərazinin, idarənin böyüyüsünüz. Bilin ki, biz ümumi şəkildə sizinlə birgə fəaliyyət göstəririk. Bütün xahiş və müraciətlərin arxasında canlı insan, Azərbaycan vətəndaşı dayanır: buna nikbinliklə yanaşılmalıdır. İşin qabiliyyəti, keyfiyyəti, nəticəsi olmalıdır. Ona görə diqqətli olmalı, Prezident İlham Əliyevin tapşırığına əsasən müşavirədə qaldırılmış məsələlərin uğurlu həllinə səy etməli, ciddi, nöqsansız işləməliyik.

Seminar-müşavirənin yekunlarına həsr olunmuş tədbirdə qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Sizin Reklam Yeriniz