Əlaqə Arxiv
news Image
2014.11.20
16:23
| A A A
RF Murmansk şəhərində milli-mədəni birliklərin “Birlik” festivalı çərçivəsində mini-futbol turniri keçirilib
Murmanskda milli mədəni birliklərin “Birlik” festivalı çərçivəsində mini-futbol turniri keçirilib.

Murmanskda milli mədəni birliklərin "Birlik" festivalı çərçivəsində mini-futbol turniri keçirilib. Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk vilayəti bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AzərTAc-a bildirib ki, açılış mərasimində Murmansk Şəhər Administrasiyasının Bədən Tərbiyəsi və İdman Komitəsinin şöbə rəisi Andrey Afsyankin çıxış edib. O bildirib ki, Murmansk beynəlmiləl şəhər olub, var və olacaq. Birinci dünya müharibəsinin sonlarında yaradılan, Böyük Vətən müharibəsi illərində viranə qalan bu şəhər müxtəlif xalqların nümayəndələri tərəfindən bərpa olunub. Xoşbəxtlikdən Zapolyarye paytaxtı millətlərarası münaqişələrdən uzaqdır, İndiki festival təsdiq edir ki, şəhər sakinləri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Sonra Murmanskın müxtəlif milli diasporlarının nümayəndələri, o cümlədən Murmansk Vilayət İctimai Palatasının üzvü, ÜAK-ın Murmansk regional bölməsinin sədri Afil Quliyev çıxış edərək bildiriblər ki, şəhərdə mini-futbolun daha da inkişaf etdirilməsi və təbliğ olunması, əhalinin bədən tərbiyəsi və idman məşğələlərinə müntəzəm cəlb olunması sağlam həyat tərzinə, bütün millətlərin nümayəndələri arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, Zapolyarye ərazisində yaşayan çoxmillətli əhalinin şanlı qardaşlıq ənənələrinin qorunub saxlanılmasına xidmət edir. Müxtəlif diasporların nümayəndələri təkcə futbol meydançasında yarışmır, həm də xalq mahnıları və rəqslər ifa edirlər. Murmanskda bütün bu tədbirləri şəhər administrasiyasının Bədən tərbiyəsi və idman, sosial dəstək, ictimai qurumlarla qarşılıqlı əlaqələr və gənclərin işləri üzrə komitələri təşkil edirlər.

Bu il turnirdə 8 komanda - Azərbaycan, Çuvaşiya, Moldova, Gürcüstan, Belarus, Dağıstan, Qazaxıstan, habelə Qırğızıstan, Tacikistan və Özbəkistan nümayəndələrindən ibarət Avrasiya komandaları iştirak edir. Bütün yarışlarda olduğu kimi bu tirnirin də öz favoritləri olub. Turnirin ötən ilki qalibi Qazaxıstan komandasını qələbəyə başlıca namizəd saymaq olardı. Yarışlara Murmansk ərazisində yaşayan bütün millətlərin diaspor, icma, assosiasiyalarının yığma komandaları buraxılıb. Festivalın proqramına mini-futbol turniri ilə bərabər, milli mədəni birliklərin, rəqs və xor kollektivlərinin çıxışları daxil edilib. Festivalın mədəni proqramı idman proqramı qədər dolğun olub. Diasporlar gözəl mahnı və rəqs nömrələri hazırlayıblar. Bu səbəbdən azarkeşlər matçlar arasında fasilələrdə darıxmayıblar.

Gözlənildiyi kimi, öz qrupunda bütün rəqiblərini, o cümlədən Moldova komandasını geridə qoyan Qazaxıstan futbolçuları inamla finala irəliləyiblər.

İkinci qrupda Azərbaycan və Belarus komandalarının bəxti gətirib. Qafqaz futbolçuları yarımfinalda Dağıstan komandasını 8:1 hesabı ilə məğlubiyyətə uğradıblar. İkinci oyunda sensasiya baş verib. Gərgin mübarizə şəraitində keçən matçda Belarus komandası Qazaxıstana 3:2 hesabı ilə qalib gəlib.

Finalda Azərbaycan və Belarus komandaları qarşılaşıb. Belaruslular 6:1 hesabı ilə inamlı qələbə qazanaraq, ilk dəfə turnirin qalibi olublar.

Qazaxıstan üçüncü yer uğrunda Dağıstan komandasına qalib gəlib: 6:3.

Qeyd edək ki, ənənəyə görə, müsabiqə qaliblərinə xüsusi mükafat və diplomlar təqdim olunub. Kulinariya müsabiqəsi də keçirilib. Tələbkar münsiflər heyətinin qərarına görə, müsabiqədə birinci yeri Moldova, ikinci yeri Özbəkistan, üçüncü yeri Azərbaycan diasporları tutub

Sizin Reklam Yeriniz