Milli Məclisdə 2015-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı təhsil naziri Mikayıl Cabbarov deputatların səsləndirdikləri fikirlərə münasibət bildirib. Nazir bildirib ki, gələn il "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın müddəti başa çatır:
"Bu günə qədər proqram çərçivəsində 755 gəncimiz
xaricdə təhsil alıb. Onlardan 35 faizi dövlət, 60 faizi isə özəl
sektorlarda çalışırlar. Bütün bu kimi inkişafı nəzərə alaraq dövlət
başçısı İlham Əliyevin xüsusi göstərişi ilə proqramın gələcəkdə
davam etdirilməsi üçün hazırlıq işlərinə başlanılıb".
Nazir həmçinin dərsliklərlə bağlı səsləndirilən iradlara da cavab
verib. Onun sözlərinə görə, məktəblərdə bərk qabıqlı kitablar
istifadə olunmur.
Nazir hətta çıxışı zamanı I sinif üçün ümumi 5 kitabın çəkisini də
misal çəkib. O qeyd edib ki, bu kitabların ümumi çəkisi cəmi 1 kq
240 qramdır.
M.Cabbarov eyni zamanda xarici ölkələrdən Azərbyacan
universitetlərinə professorların dəvət edilməsi məsələsinə də
toxunaraq bildirib ki, bununla bağlı işlər görülür.
Peşə təhsili ilə bağlı məsələyə də münasibət bildirən nazir qeyd
edib ki, bu sahə hökumətin daim diqqətindədir. Nazirlik bununla
bağlı müvafiq işlər görür və görülən işlər artıq öz nəticəsini
görür.
Qeyd edək ki, YAP-çı deputat Siyavuş Novruzov Milli Məclisin ötən
gün keçirilən iclasında kitablarla bağlı iradlarını
bildirib.
"Kitabların üzlüklərini qalın edirlər ki, kimin başına vursalar
gərək həmin adam ölsün. Kitabların qalın olmasına baxmayaraq, içi
boşdur".