Bakıda valideynlər etiraz edir (VİDEO)
Nərimanov rayonu, Pişəvari adına Respublika Hümanitar Fənlər
Gimnaziyasında oxuyan və yataqxanada qalan şagirdlərin
valideynlərinin şikayəti yataqxananın sökülməsindəndir. ANS TV-nin
məlumatına görə, valideynlər deyir ki, yataqxananın söküləcəyi
barədə onlara məlumat veriblər. 50 şagirdin təhsil aldığı bü
gimnaziyada valideynləri narahat edən uşaqların qalmağa yerlərinin
olmamasıdır. Çünki uşaqların çoxunun valideynləri işlədiyindən,
bəzilərinin imkanı olmadığından, bəzi uşaqların isə valideynləri
rayonda qaldığından uşaqların gimanaziyada qalması hər bir valideyn
üçün sərfəlidir. Düzdü məktəb hələ sökülməsə də, amma valideynlər
narahat olduğundan məktəbin rəhbərliyinə və müvafiq qurumlara
müraciət də ediblər. Yataqxananın sökülməsinə razı olmayan
valideynlər özlərinin hesabına pul verib yataqxananı təmir etdirmək
istədiklərini də bildirdilər.
"Biz valideynlər xahiş edirik ki, bu yataqxanada uşaqlarımızın qalmasına icazə versinlər, yəni yataqxana sökülməsin. Şayiələr gəzir ki, yataqxana sökülərək yerində Dərnək inşa ediləcək. Nə lazımdırsa valideynlər pul yığaq yataqxananı təmir etdirərk, amma yataqxana sökülməsin", - deyə şikayətçi Günel Tairquliyeva bildirib.Şikayətçi deyir ki, 3-5 gün məktəb açılmamışda öncə gəlib valideynlərə bildirdilər ki, bəs sizin uşaqlarınızı internet saylı məktəblərə köçürək, əgər yaxşıdırsa onda öz uşaqlarını niyə internet saylı məktəblərə köçürmürlər.Təsil Nazirliyindən isə bildirdilər ki, yataqxana təmir məqsədilə yalnız dərs ilinin sonunda təmirə bağlanacaq. Yeni mövsümdə isə yenidən şagirdlərin istifadəsinə veriləcək.