Əlaqə Arxiv
news Image
2014.11.21
11:30
| A A A
Məktəblilərə narkotik vasitələr pulsuz, həb şəklində verilir
"Hazırda məktəblilər arasında narkotikdən istifadə edənlərin yaş qrupu 13-14 yaş təşkil edir. Daha öncələr isə, bu yaş həddi 15-16-dan başlayırdı. Indi təəssüflər olsun ki, daha erkən yaşlardan artıq məktəblilərin narkotik istifadəçilərinə çevrilməsi hallarına rast gəlinib".
Bu sözləri Movqe.az-a Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva bildirib. Onun sözlərinə görə,  orta məktəblərdə şagirdlər arasında narkotik vasitələrdən istifadə ilə ən böyük problem yaş həddinin günü-gündən azalmasıdır.
L. Yolçiyeva bildirib ki, hazırda məktəblilər müxtəlif növ narkotik vasitələrdən istifadə edirlər: " Narkokuryerler xüsusən azyaşlıları hədəf alaraq, onlari oz ticarətlərinin qurbanına çevirirlər. Əvvəllər kuryerlər narkotik vasitələri həb səklində pulsuz olaraq təqdim edir. Daha sonra həmin insanlarda asılılıq yaranır. Və məktəblilərdə həmin kuryerləri axtararaq, pul muqabilində bu zərərli vasitələri əldə edirlər".

L. Yolçiyeva artıq məktəblilərin bu bəlaya düçar olmasının qarşısının alınması məqsədilə ciddi tədbirlərə başlandığını söyləyib: "Məktəblərdə narkomaniya ilə mubarizə aparmaq üçün Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi Təhsil Nazirliyi ilə birgə "Narkotiklərlə baglı Məktəb Kurrikulumu" adli kitabca hazırlayıb. Gələcəkdə məktəblilər üçün bunun ayrıca bir dərs kimi də tədris edilməsi nəzərdə tutulur".

Xatırladaq k, Azərbaycanda təhsil müəssisələrində xüsusi reydlər keçiriləcək.Bu, 2014-2025-ci illəri əhatə edən "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı"nda nəzərdə tutulub. Məqsəd gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasıdır. Bundan başqa, uşaqların icbari dispanserizasiyası layihəsi çərçivəsində yuxarı sinif şagirdləri arasında tibbi testlər aparılacaq. Gənclərin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnmə səviyyəsi də müəyyən ediləcək.

Bütün bu məsələlərin icrası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.


 

Sizin Reklam Yeriniz