Əlaqə Arxiv
news Image
2014.11.21
15:18
| A A A
Rusiyada qətl törədən Azərbaycan vətəndaşı 10 il müddətinə həbs edilib

Rusiyada qətl törədən Azərbaycan vətəndaşı uzunmüddətli həbs cəzasına məhkum edilib.Movqe az-ın APA-ya  istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə 30 yaşlı Manaf Alxanov 10 il müddətinə həbs edilib.Məlum olub ki, 2014-cü ilin iyunun 1-də Kazanda M. Alxanov mübahisə etdiyi tanışına çoxsaylı bıçaq xəsarətləri yetirib. Nəticədə 45 yaşlı qadın hadisə yerində ölüb. Bundan sonra M. Alxanov qadının kirayə yaşadığı mənzildə qəsdən yanğın törədib.Qətli törədən şəxs Tatarstandan qaçmağa cəhd etsə də, bir neçə gün sonra qonşu ölkəyə keçmək istəyərkən yaxalanıb. 

Məhkəmə iclası zamanı M. Alxanov həmin qadınla yenicə tanış olduğunu, ona 5 min rubl borc verdiyini bildirib. Onun sözlərinə görə, qadından pulu tələb etdikdə, o, bıçağa əl atıb. M. Alxanov bıçağı qadının əlindən alaraq onu qətlə yetirdiyini deyib.Məhkəmənin qərarı ilə M. Alxanov zərərçəkənlərə 1,5 mln. rubl təzminat da ödəməli olacaq.

Sizin Reklam Yeriniz