Yeni il ərəfəsində əfv gözlənilir
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü
ərəfəsində əfv gözlənilir. Bu barədə
AzVision.az-a Ombudsman Aparatının Milli Preventiv Mexanizm (MPM)
qrupunun rəhbəri Vüqar Məhərrəmov
bildirib. Ombudsman rəsmisi qeyd edib
ki, əfv olunmaq istəyən məhbusların sayı artıb. Onun sözlərinə
görə, müraciət edən kişilərin sayı qadınlardan daha
çoxdur: "Biz əfvlə bağlı müraciətləri
hər ayın axırı Əfv Məsələləri üzrə Komissiyaya göndəririk. Bu ayın
sonunda da müraciətləri Komissiyaya göndərəcəyik. Qurban
bayramındakı əfv sərəncamından sonra müraciət edənlərin sayı daha
da artıb. Əfv sərəncamı prezidentin müstəsna səlahiyyətinə
daxildir. Bizdə cəmi 400-ə yaxın məhkum qadın var. Amma kişi
məhkumların sayı isə çoxdur. Buna görə də əfvlə bağlı müraciət edən
kişilərin sayı da qadınlardan daha çoxdur. Tanınmış məhkumlardan
isə hələ ki, əfvlə bağlı bizə müraciət edən olmayıb. Biz məhkumlar
arasında əfv etmənin qaydaları ilə bağlı maarifləndirmə işləri
aparırıq".
Vüqar Məhərrəmovun fikrincə, hər il olduğu kimi bu ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində əfv sərəncamı verilə bilər.
Vüqar Məhərrəmovun fikrincə, hər il olduğu kimi bu ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində əfv sərəncamı verilə bilər.