Əlaqə Arxiv
news Image
2014.11.21
17:20
| A A A
Daxili orqanlarında narkotik keçirmək istəyən 13 azərbaycanlı qadın tutuldu
İrandan ölkəmizə daxili orqanlarında narkotik vasitə keçirmək istəyən 13 azərbaycanlı qadın tutulub. Dövlət Gömrük Komitəsindən (DGK) Movqe.az bildiriblər ki, 2014-cü il yanvarın 10-dən noyabrın 21-dək Azərbaycan vətəndaşları tərəfindən daxili orqanlarında narkotik vasitələrin İrandan Azərbaycana keçirilməsinə cəhd edilməsi ilə bağlı gömrükçülər tərəfindən 38 fakt aşkarlanıb. Nəticədə daxili bədən boşluqlarında gizlədilməklə keçirilməsinə cəhd edilən 3 kiloqram 736 qram narkotik vasitə dövriyyədən çıxarılıb.DGK-dan bildiriblər ki, təəssüf doğuran hallardan biri də bu işlərə qadınların cəlb edilməsidir. Belə ki, cari ildə 13 qadın bu üsulla narkotik vasitələri keçirməyə cəhd göstərib.
Sizin Reklam Yeriniz