31 nəqliyyat müfəttişi işdən çıxarılıb
"Nəqliyyat vasitəsindən hər hansı nömrə nişanını açmaq qadağandır.
Bununla bağlı nəqliyyat nazirinin müvafiq sərəncamı var. Bu
hərəkəti edən istənilən nəqliyyat müfəttişi birmənalı şəkildə işdən
azad edilir".Movqe az xəbər verir ki, bunu "APA-Economics"ə
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı
Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov müsahibəsində
deyib.Ə. Cəfərovun sözlərinə görə, bəzi nəqliyyat müfəttişləri
bəzən işdən azad olunduqdan sonra sürücülərin etibarından
sui-istifadə edərək, onlardan pul tələb edirlər: "Hətta Dövlət
Avtomobil Nəqliyyat İdarəsinin hazırda işləyən əməkdaşlarını bu işə
cəlb edirlər. Bununla əlaqədar olaraq 2013-cü ildə 31 nəfər işdən
azad edilib, 9 nəfər isə korrupsiya meylliyi ilə əlaqədar olaraq
Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinə verilib və barələrində tədbir görülüb".Ə. Cəfərov məsələ
ilə bağlı taksi sürücülərinə müraciət edərək bildirib ki, qurumun
hər hansı müfəttişi onlardan pul tələb etdikdə onlar birbaşa
Nəqliyyat Nazirliyinin "Qaynar xətti", Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Daxili İşlər
Nazirliyinə də müraciət etsinlər."Hazırda qurum tərəfindən
profilaktiki tədbirlərin aparılması ilə əlaqədar olaraq 10-15 nəfər
müfəttişdən ibarət tədqiqat işlər aparılır", - deyə o qeyd edib.