Əlaqə Arxiv
news Image
2014.11.22
09:33
| A A A
Bu günə olan hava proqnozu
Noyabrın 22-dəBakıda və Abşeron yarımadasındabuludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Şimal küləyi 8-13 m/s, gecəyə doğru arabir 15-20 m/s olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, temperaturun gecə 7-9°, gündüz 10-14° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındaarabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s olacaq. Temperatur gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 9-14° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındaarabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Temperatur gecə 0-4° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 4-8° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındaarabir yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Temperatur gecə 5-8°, gündüz 8-13° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarındahava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Temperatur gecə 0-4°, gündüz 4-9° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındaarabir yağıntı olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Temperatur gecə 4-9°, gündüz 9-14° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındaarabir yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Temperatur gecə 7-10°, gündüz 10-14°, dağlarda gecə 0-5°, gündüz 5-8° isti təşkil edəcək.
Sizin Reklam Yeriniz