Əlaqə Arxiv
news Image
2014.11.22
12:19
| A A A
Xızıda avtomobil yük qatarının altında qaldı: yaralılar var

Dünən axşam saatlarında Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yük qatarı ilə 90 EZ 821 dövlət nömrə nişanlı "Volkswagen" markalı minik maşını toqquşub.

Qəza qorunmayan Məşədi Həsən dəmiryol keçidində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb. Onlar Sumqayıt şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz