Əlaqə Arxiv
news Image
2014.11.22
14:00
| A A A
Qənirə Paşayeva Çorum Məclis başqanı Halil İbrahim Kaya ilə görüşüb

Millət vəkili, Azərbaycan-TürkiyəParlamentlərarası Dostluq Qrupunun üzvü QənirəPaşayeva Çoruma səfəri zamanı Çorum Məclis başqanı Halil İbrahim Kaya ilə görüşüb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki , Millət vəkili Qənirə Paşayeva Çorumda həmçinin millət vəkili Salim Uslu başda olmaqla Çorumda TBMM millətvəkilləri ilə də görüşüb."Türkiyənin uğuru Azərbaycanın vəbütün türk dünyasının uğuru Azərbaycanın uğuru Türkiyənin vəbütün türk dünyasının uğurudur" deyən millət vəkili QənirəPaşayeva vali iləsöhbətlər zamanı Azərbaycanın qanayan yarası DağlıqQarabağ problemindəndanışıb. "Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb.Və onlar hələdəöz torpaqlarının həsrəti iləyaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ermənistan həm bu ölkədə,həm dəişğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus çoxlu sayda camiləri, tarixi abidələri, qəbiristanlıqları məhv edib və bu vandalizm aktlarını bu gün dədavametdirir".

Millət vəkili Qənirə PaşayevaErmənistanın 20 ildən artıqdır ki, bütün beynəlxalq təşkilatların qətnaməvəqərarlarına məhəl qoymayaraq işğalı davam etdirməsi, 1 milyondan çox azərbaycanlı qaçqın vəməcburi köçkünün 20 ildən artıqdır ki, öz evinədönəbilməməsi, yaşadıqları böyük ağrı vəacılar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, dağıtdıqları camilər, tarixi vəmədəbi abidələr, qəbirstanlıqlarımız barədə, girov götürdüyü insanlarımıza qarşı törətdikləri insanlıqdan kənarəməllər və son günlər girov götürdükləri azərbaycanlılara – DilqəmƏhmədova vəŞahbaz Quliyevəqarşı törətdikləri vəhşiliklərdən danışaraq bu ağrı vəacılar hər bir türk insanını ciddi narahat etməlidir deyib.

"Biz Azərbaycan vəTürkiyəolaraq Azərbaycan torpaqlarınınişğaldan azad edilməsi, qondarma erməni soyqırımı yalanlarına qarşı birgəmübarizəni daha da gücləndirməliyik. Mən inanıram ki, biz Azərbaycan vəTürkiyəolaraqəl-ələverib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək vəbu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik". Millət vəkili QənirəPaşayeva Çorum Məclis başqanı Halil İbrahim Kayaya və Çorum millət vəkillərinəhəmmüəllifi olduğu Türkiyətürkcəsində"Xocalı Soyqrımı tanıqların dilindən" kitabını hədiyyəedib vəgeniş məlumatlar verib. Məclis başqanı Halil İbrahim Kayaya kitab barədəməlumat verən millət vəkilibildirib ki, kitabda Xocalıda soyqrıma məruz qalan insanların yaşadıqları ağrı-acılar onların öz dillərindən təqdim olunub. Azərbaycan iləTürkiyəarasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadəedən millət vəkili QənirəPaşayeva Azərbaycan iləTürkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da buəlaqələrin getdikdədaha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Çorum arasındaəlaqələrin güclənməsinin də çox mühüm olduğunu diləgətirib: "Azərbaycanın bir çox şəhərləri vəbələdiyyələri Türkiyənin şəhər vəbələdiyyələri iləqardaşlaşıblar. Qədim Çorumun da Azərbaycanın hər hansı bölgəsi iləqardaşlaşması bu baxımdan önəmlidir".

Millət vəkiliÇorumMəclis başqanı Halil İbrahim Kayaya və Çorum millət vəkillərinə"QənirəPaşayeva iləaddım-addım Türk dünyası" kitabının da müəllifi olduğunu vəkitabın növbəti hissəsələrindəÇorumun da yer alacağını bildirib."QənirəPaşayeva iləaddım-addım Türk dünyası" kitabının gənclərdəsahiblənmək duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili "Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə"mənim", "sənin" yox, "bizim" şəklindəolmalıdır". Millət vəkili QənirəPaşayeva ÇorumMəclis başqanı Halil İbrahim Kayanıvə Çorum millət vəkilləriniölkəmizədəvət edib. Çorum Məclis başqanı Halil İbrahim Kaya vəÇorum millət vəkillərida öz növbəsindəgörüşdən məmnunluğunu bildirib."Sizləri burda görməkdən məmnun olduq. Bizlər bir millətik. Sizin sevincinizəbiz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması iləbiz dəgüclü oluruq". Görüşün sonunda millət vəkili QənirəPaşayeva ÇorumMəclis başqanı Halil İbrahim Kayaya vəÇorum millət vəkillərinəözünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları , matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırladığı "Azərbaycan Həqiqətləri" sənədli filmlər kataloqunu hədiyyə edib. Çorum Meclis başqanı Halil İbrahim Kayadamillət vəkili QənirəPaşayevaya Çorum iləbağlı materiallar, kitablar hədiyyəedib.

Sizin Reklam Yeriniz