Əlaqə Arxiv
news Image
2012.07.23
17:35
| A A A
Müxaliflər "Hələbə azadlıq" əməliyyatına start verib

Movqe.az xəbər verir ki, Suriyanın ən sıx əhalisi olan şəhəri Hələbdə 3 gün əvvəl başlayan qarşıdurmalar müxaliflərin bazar günü başlatdığı 'Hələbə azadlıq' əməliyyatıyla intensiv bir şəhər döyüşünə çevrilib. Əsəd qüvvələri müxaliflərin Şamda davam edən "Şam vulkanı" əməliyyatını güclü vertolyot hücumları ilə cavablandırıb.Telefonla əlaqə saxlanılan şəhər sakinləri, "Çox sıx partlayış və pulemyot səsləri eşitdiklərini" ifadə edib. Müxaliflərin atəşə verdiyi Şam Polis İdarəsi isə xarabaya dönüb. Bu günə qədər səssiz küçələrdə çəkdikləri şəkilləri yayımlayan, "Şamda vəziyyət normaldır, heç bir problem yoxdur" xəbərləri edən Suriya dövlət televiziyası da ilk dəfə müxaliflərlə Əsəd qüvvələri arasındakı qarşıdurmalarla bağlı görüntülər yayımlayıb.

Sizin Reklam Yeriniz