Əlaqə Arxiv
news Image
2014.11.22
21:00
| A A A
Fələstinli gənclər yəhudi dindarlara hücum etdi

İsraildə ərəblərlə yəhudilər arasında yeni toqquşmalar baş verib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Qüdsün "A-Tur" rayonunda metal borular və bıçaqla silahlanmış bir qrup ərəb gəncyəhudi din adamlarına hücum edib.

İnsident nəticəsində iki nəfər yaralanıb. Yəhudilərdən biri bel nahiyəsindən bıçaq zərbəsi alıb, digərinin isə başını metal boru ilə partladıblar. Polis hadisəni törədənləri axtarır.

Xatırladaq ki, İsraildə artıq bir neçə gündür ki, buna oxşar hadisələr baş verir.

Sizin Reklam Yeriniz