Əlaqə Arxiv
news Image
2014.11.23
17:01
| A A A
Bakıda 3 otaqlı ev yandı
Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə, mətbəxinin lambirdən ibarət tavanı 6 kv.m sahədə və 2 kv.m sahədə mətbəx mebeli və paltaryuyan maşın yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Sizin Reklam Yeriniz