Əlaqə Arxiv
news Image
2014.11.23
18:10
| A A A
Koordinatlar səhv düşdü: Məclis sədrinin evi bombalandı

İŞİD teror təşkilatının mövqelərinə hava hücumu təşkil edən Koalisiya qüvvələri koordinatları səhv salaraq Hit mahalının Məclis sədri Matlub Saidin evi də daxil olmaqla 4 evi bombalayıb.

Movqe.az-ın publika.az-a istinadən  məlumatına görə, bu barədə Anbar vilayətinin Məclis sədri Sabah Kehrut məlumat verib. Onun sözlərinə görə, hava hücumu nəticəsində 1 qadın, 2 uşaq olmaqla 5 nəfər mülki vətəndaş həlak olub, 10 nəfər yaralanıb.

S.Kerhut bildirb ki, koalisiya qüvvələri Məclis sədrinin evini İŞİD-ə aid Şeri Məhkəməsinin binası ilə səhv salıb. Qırıcılar məhkəmə binasını vurmaq əvəzinə evləri hədəfə alıb.

Kehrut həmçinin qeyd edib ki, Ramadinin İŞİD tərəfindən mühasirəyə alınması ilə bağlı ötən gün İraq baş naziri Haydar əl İbadi və ABŞ-ın Bağdaddakı səfiri arasında telefon danışığı olub. Baş nazir səfirdən əlavə dəstək lazım olduğunu bildirib.

Sizin Reklam Yeriniz