Masallı voleybolçularının qələbə sevinci
Astara Olimpiya İdman Kompleksində idman məktəblərinin VII Respublika Oyunları Proqramına daxil olan idmanın voleybol növü üzrə 2001-2002-ci il təvəllüdlü oğlanlar arasında final yarışı keçirilmişdir."Azad Azərbaycan" qəzetinə verilən xəbərə görə beş gün davam edən idman yarışında Sumqayıt və Lənkəran şəhərinin, Gədəbəy , Qax və Masallı rayonlarının komandaları qələbə uğrunda mübarizə aparmışlar. Respublika birinciliyində Masallı rayon komandası daha inamlı oyun nümayiş etdirərək birinci yerə layiq görülmüşdür. Qeyd edək ki, komandanın məşqçisi Əməkdar məşqçi Süfəddin Məmmədovdur.