Əlaqə Arxiv
news Image
2014.11.24
10:19
| A A A
Masallıda Yeni Azərbaycan Partiyasının 22-ci ildönümü

Yeni Azərbaycan Partiyasının 22-ci ildönümü münasibəti ilə "Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvədir" mövzusunda tədbir keçirilmişdir.Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzmüşlər.

YAP Masallı rayon təşkilatının akt zalında davam etdirilən tədbirdə partiyanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təşkilatın sədri Seyfəddin Əliyev geniş və ətraflı, dərin məntiqli məruzə ilə çıxış edərək bildirdi:

"Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək naliyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sədr olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır. Hər birimizə yaxşı məlumdur ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması ilə baglı əsas rolu öz üzərinə götürmüşdür. Partiyanın yaranması həmin dövrün siyasi proseslərinin gərgin olduğu, ölkənin uçuruma yuvarlandığı bir zamana təsadüf edir. Məhz bu dövrdə xalq ölkənin məhv olmaması üçün çıxış yolu axtarır, cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Belə ümummilli lider yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana başçılıq edən, SSRİ rəhbərlərindən biri olan, o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev ola bilərdi... Məhz Heydər Əliyevin rəhbərliyi altında YAP-ın yaranması Azərbaycanı, xalqımızı düşdüyü çətin vəziyyətdən xilas etdi".

Prezident təqaüdçüsü, YAP rayon təşkilatının şura üzvü Şirvan Əbilov bildirmişdir ki, partiya yarandıqdan sonra qısa müddət müxalifətdə olub, sonra isə iqtidar partiyasına çevrilib. Hakimiyyətdə olduğu illərdə YAP xalqımız üçün taleyüklü məsələləri həll edib.

YAP-ın gənc fəalları Nilufər Gözəlova, Sarxan Əhmədov, Nemət Abdullayev və başqaları partiyanın şərəfli mübarizə tarixi, ümummilli lider Heydər Əliyevin doğma xalqına misilsiz xidmətləri, partiya sıralarında qadınların səmərəli fəaliyyətinə önəm verilməsi və gənclər siyasətindən danışdılar.

Partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri, bir qrup YAP fəalına isə qiymətli hədiyyələr təqdim olundu.

Sizin Reklam Yeriniz