Əlaqə Arxiv
news Image
2014.11.24
09:48
| A A A
Konstitusiya Məhkəməsi əmək pensiyaları ilə bağlı qərar verdi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2013-cü il 27 dekabr tarixli sorğusu əsasında "Əmək pensiyaları haqqında" Qanunun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Rövşən İsmayılovun məruzəsini, tərəflərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.Qərarda deyilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən, həmin Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən (yalnız həmin orqanlarda azı 25 il qulluq stajı olan) fərqli olaraq, bu Qanunun 20.1.1-ci – 20.1.10-cu və 20.1.14 – 20.1.21-ci maddələrində sadalanan digər işləyən pensiyaçılara həmin vəzifədə çalışdıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsinin dayandırılması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi, 29-cu maddəsinin IV hissəsi və 71-ci maddəsinin II hissəsi ilə uyğunsuzluq təşkil etmir.

Dövlət orqanlarının fəaliyyətində sabitliyin və davamlılığın möhkəmləndirilməsi məqsədilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.1-ci–20.1.10-cu və 20.1.14-cü – 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydasının və sərtlərinin təkmilləşdirilməsi qanunvericilik qaydasında tədricən həyata keçirilə bilər.

Sizin Reklam Yeriniz