Əlaqə Arxiv
news Image
2014.11.24
10:22
| A A A
Dövlət xəstəxanalarında tədqiqatlara başlandı

Azərbaycanda ölkə əhalisinin səhiyyə sisteminə etimadının və göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi ilə bağlı tədqiqatlara başlanılıb. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)  ölkənin Bakı, Gəncə, Mingəçevir və Lənkəran şəhərləri, eləcə də Masallı, Quba, Xaçmaz, Şamaxı və İsmayıllı rayonlarının ilkin səhiyyə xidmətləri göstərən dövlət tibb müəssisələrində bununla bağlı tədqiqat aparacaq. Ölkə üzrə seçmə əsasında aparılan sorğu zamanı əhalinin səhiyyə xidmətlərinə etimad səviyyəsi öyrəniləcək.Əldə olunmuş məlumatlar əsasında təhlillər aparılacaq və hesabat hazırlanacaq. Tədqiqatın nəticələrinin 2014-cü ilin sonunadək ictimaiyyətə açıqlanması planlaşdırılır.

Sizin Reklam Yeriniz