Əlaqə Arxiv
news Image
2014.11.24
10:44
| A A A
İDEA-nın “Yaşıl marafonu” Suraxanıda uğurla davam edir

Heydər Əliyev Fondunun vitse-prezidenti, "İDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də start verilən I "Ümumrespublika yaşıllaşdırma" marafonuna qoşulan Suraxanılılar ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırmasına xidmət edən bu nəcib təşəbbüsü dəstəkləyərək rayonun bütün qəsəbələrində ağacəkməni uğurla davam edirlər.

Havanın yağışlı olmasına baxmayaraq, səhər tezdən start götürən növbəti ağacəkmə kompaniyasında Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, sənaye, səhiyyə, təhsil müəssisələrinin kollektivləri 700 ədəd ağac əkmişlər. O cümlədən Əmircan qəsəbəsi, Balandin küçəsində 350 ədəd, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 318 nömrəli məktəbin qarşısında 250 ədəd və Zığ qəsəbəsi, Qum adasında 100 ədəd kiparis ağacı, 1 palma və 60 dekorativ kol əkilmişdir. Ağacəkmə kompaniyasında 300 nəfər işçi iştirak etmişdir.

Ümumilikdə noyabr ayının 5-dən bu günə qədər rayonda 2400 ədəd zeytun və kiparis ağacı əkilmişdir.

Sizin Reklam Yeriniz