Əlaqə Arxiv
news Image
2014.11.24
12:00
| A A A
Azərbaycan Tibb Universitetinin kafedra müdirindən arıqladıcı dərmanlarla bağlı şok-AÇIQLAMA

Hal-hazırda artıq çəki problemindən çoxları əziyyət çəkir. Artıq  çəkidən necə yaxa qutarmağı özünə dərd edən xanımların çox vaxt "dərman"tapa bilməsi elə də problem olmur. Artıq bir neçə ildir ki, satışda arıqlamaq üçün müxtəlif adda dərman preparatları təklif olunur. Qiyməti elə də ucuz olmayan bu dərman preparatlarının üzərində iki həftə, bir ay ərzində 7 kiloqram çəki itirməyin mümkün olduğu qeyd edilir. Artıq çəkidən xilas olmaqda yardımçı olan bu dərmanların bazarındakı vəziyyət də tələblə-təklifin üst-üsə düşüyündən xəbər verir. Yəni üzərində qeyd olunan effekti almaq mümkün olmasa da, həmin dərman preparatlarının artıq çəkinin itirilməsində xanımlara köməyi dəydiyi danılmazdır. Qiyməti 30 manatdan başlayıb 70 manatadək dəyişən bu dərman preparatlarının alıcılarının çox olmasının digər səbəbi isə onların bitgi mənşəli olması ilə bağlıdır. Özünə əziyyət vermədən artıq çəkidən xilas olmaq istəyən xanımlar bu dərman preparatlarının orqanizmə zərərsiz olduğuna inanaraq, bitgi mənşəli dərman preparatları vasitəsilə arıqlamağa üstünlük verirlər. Amma bütün dünyada istər bitgi tərkibli, istər də kimyəvi tərkibli arıqladıcı dərman preparatlarının orqanizmə zərərsiz ötüşmədiyi ilə bağlı alimlər tərəfindən həyəcanlı məlumatlar verilir. Alimlər artıq çəkiyə əlvida demək istəyən qadınların  bir müddət sonra sağlamlıqlarına da əlvida demək məcburiyyətində qalacaqlarını söyləyirlər. Belə ki,məlumatlara görə, artıq çəkidən xilas olaraq ideal bədən görünüşünə malik olmaq arzusunda olan qadınların istifadə etdikləri bitgi tərkibli dərman preparatları bir müddət sonra onların səhhətində ciddi problemlərə yol açır. Hətta xarici ölkələrin bəzilərində bu tip arıqladıcı dərman preparatlarının tərkibinin ciddi öyrənilməsinə başlanılıb. Yuxarıda qeyd etdiyimiz ki, Azərbaycanda da bu dərman preparatlarının geniş bazarı mövcuddur. Bəs görəsən satışda olan bitgi tərkibli arıqladıcı dərman preparatları ölkəmizdə yoxlanılırmı?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyir ki,  həmin dərman preparatları ölkəmizdə lisenziyalaşdırılmadığından yoxlanılmır: "Çünki, onlar dərman yox, qida əlavələri hesab olunur. Bu üzdən ölkəyə daxil olduqda naziliyin dərman vasitələrinin tərkibini yoxlayan müvafiq qurumu tərəfindən ekspertizaya cəb edilmir".

Azərbaycan Tibb Universiteti Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dossent İbrahim Əhmədov Movqe.az-a bununla bağlı şok açıqlamalar verib. Onun sözlərinə görə,  ölkədə son vaxtlar tələbatın artdığı arıqladıcı, bitgi tərkibli dərman preparatların çoxu təhlükəlidir. Dossent bildirir ki, əksər hallarda arıqladıcı dərman preparatlarının tərkibinin bitgi məhsullarından ibarət olması qadınları aldadır: "Bu dərman preparatlarını istehsal edən firmalar həmin preparatların təhlükəsiz olduğunu, orqanizmə heç bir əlavə təsirinin olmadığını qeyd edirlər. İnsanlar bu qeydlərə inanıb artıq çəkidən xilas olmaq üçün tərəddüd etmədən həmin dərman preparatlarını alı istifadə edirlər. Amma unudurlar ki, bu arıqlama orqanizmdə maddələr mübadiləsinin pozulması, intensivliyinin azalması hesabına baş verir. Yəni maddələr mübadiləsi özbaşına, kənar müdaxilə olmadan pozulmur. Bu tip dərman preparatları maddələr mübadiləsi pozğunluğuna yol açmaqla artıq çəkinin getdicə azalmasına gətirib çıxardır".

İ. Əhmədov deyir ki, əgər sözügedən dərman prepaparatları maddələr mübadiləsinin pozulmasına yol açırsa, təhlükəsiz sayıla bilməz: "Bu dərman preparatlarının mənfi təsiri bir müddət istifadədən sonar müxtəlif orqanlarda özünü biruzə verir. Ona görə də, həmin dərman preparatlarının uzaq nəticəsini öyrənib, araşdırmaq bir qədər çətin olur. Artıq çəkini maddələr mübadiləsi prosesini pozmaqla azaldan dərman preparatlarının fəsadları onu istifadə edənlərdə xeyli müddət keçdikdən sonra üzə çıxır. Bəzən həkim belə həmin xəstəliyin necə yarandığını müəyyən edə bilmir. Ona görə də həmin dərman preparatlarının orqanizmə mənfi təsiri bioloji proseslərə nəzarətlə öyrənilə bilər".

İ. Əhmədovun sözlərinə görə, artıq çəkini azaldan dərman preparatlarının ziyansız olduğu bəh-bəhlə  reklam edilsə də, bu dərmanlar insanı sağalmaz xəstəliyə belə düçar edə bilər: "Sübut olunub ki, omeostozun  pozulması nəticəsində bədəndə yatmış bədxassəli şiş hüceyrələri belə oyanır. Odur ki, bu dərman preparatlarını istifadə insanların bədxassəli şişlərə, xərçəng xəstəliyinə mübtəla olmasına da gətirib çıxarda bilər".

ATU-nun kafedra müdiri artıq çəkidən xilas olmaq yolunun sağlam arıqlamaqda olduğunu söyləyir. Onun sözlərinə görə, ən sağlam arıqlama vasitəsi fiziki intensivliyi artırmaq, qəbul edilən qidanı bir qədər azaltmaqdır.

 

Sizin Reklam Yeriniz