Əlaqə Arxiv
news Image
2014.11.24
12:45
| A A A
Sürücülərə xəbərdarlıq
Ötən gündən başlayaraq ölkədə qeyri-stabil hava şəraiti hökm sürür. Bununla bağlı yollarda sürücülər bir çox problemlərlə qarşılaşılaşa bilərlər. Yollarda qəza şəraiti yaranmaması üçün sürücülər son dərəcə ehtiyatlı olmalıdırlar. Bu səbəbdən yol polisi sürücülərə müraciət edir. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, sürücülər yağmurlu hava şəraitində nəqliyyat vasitəsini quru havada olduğu kimi idarə etməməlidir. Yol polisi bildirir ki, sürücülər əsas sürət həddinə fikir verməlidirlər."Sürücülər mütləq sürət həddini seçərkən, ara məsafəsi saxlayarkən, manevr edərkən diqqətli olmalıdırlar. Nəzərə almaq lazımdır ki, yağmurlu havada yollar sürüşkən olur", - deyə Kamran Əliyev bildirib. Yol polisi qeyd edib ki, Azərbaycanda avtomobillərin qış təchizatı ilə bağlı qanunvericilikdə hər hansı müddəa olmasa da, sürücülə müəyyən amillərə fikir verməlidirlər: Sürücülərə məsləhət görülür ki, şinlərin protektorlarına fikir versinlər. Protektorların naxışlarının qalınlığı azaldıqca şinlərin etibarlılığı da azalır və bu göstərici 1 mm-dən az olmamalıdır. Bundan başqa, şinlər oxlar üzrə eyni naxışda olmalıdır", - deyə K.Əliyev bildirib.
Sizin Reklam Yeriniz