Əlaqə Arxiv
news Image
2014.11.24
14:53
| A A A
Qəbələdə iş adamı qətlə yetirildi
Evə hücum edən silahlı quldurlar pul tələb edib, sonra ev sahibinə atəş açıblar.Hadisə noyabrın 23-dən 24-ə keçən gecə Qəbələ şəhərində baş verib.Üzü maskalı şəxslər Qəbələ şəhər sakini, iş adamı olan Vahid adlı  şəxsin şəhər 1 saylı orta məktəbin yanında yerləşən evinə hücum ediblər (Vahidin soyadı dəqiqləşdirilir). Evdə Vahid və həyat yoldaşı olub. Hücum edənlər  pul tələb edib. Ancaq Vahid pul olmadığını deyib və avtomobilinin açarını verib. Quldurlar avtomobilin açarını götürməyiblər, ev sahibinin ürəyinə bir güllə vuraraq onu qətlə yetiriblər.Movqe az xəbər verir ki, bu barədə Bizimyol.info-ya rayondakı mənbə xəbər verib. Məlumatda deyilir ki, Vahid Qəbələ şəhərində yerləşən məşhur "Soyuqbulaq" restoranının sahibi olub. Onun Bakı şəhərində də restoranları  var.
Sizin Reklam Yeriniz