“Erməni əsgərlər Azərbaycanda dəfn edilsin” - YAP-dan təklif
"Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helokpterində
həlak olmuş şəxslər xristian adəti ilə Azərbaycanda dəfn
edilsin".Movqe az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu
təklifi Yeni Azərbaycan Partiyası Siyasi Şura üzvü Aydın Mirzəzadə
irəli sürüb.A.Mirzəzadə bildirib ki, noyabrın 12-də
Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqelərinə hücüm
zamanı vurulmuş Ermənistan hərbi helokpteri məsələsi ətrafında
proseslər səngimək bilmir: "Düşdüyü çətin siyasi-dipliomatik
vəziyyətin ağırlığını dərk edən Ermənistan özünü dolaşdırmaqda
davam edir. Bir tərəfdən helikopterin ona məxsus olmadığı bəyan
edən işğalçı dövlət, digər tərəfdən proses üzrə provokasiyalarını
davam etdirməkdədir. Helikopterin vurulması Ermənistanın
Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı düşmən
ölkənin zəifliyini açıq-aydın biruzə verir.Ermənistan normal
qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə sahib
durmağı da bacarmır. O bu gün hərbiçilərinin meyitini götürmək üçün
heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır.Dünən
isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin
meyitini və onun paraşütünü götürdüyünü elan etdi. Ancaq nümayiş
etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat insan
bədəni və zərər dəyməmiş paraşüt nümüyiş etdirilir.Düşmən olsalar
da helikopterdə həlak olanlar insandır və onların da normal torpağa
tapşırılmaq hüququ var. Ermənistanın öz əsgərinə sahib çıxmaq
istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian
adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu
işə Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının din
xadimlərini cəlb etmək olar".