Əlaqə Arxiv
news Image
2014.11.24
16:06
| A A A
Rəisin maşını qəzaya düşdü – Sürücüsü öldü
Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.Movqe az Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində, Sahil qəsəbəsini Bakı-Ələt magistralına birləşdirən hissədə polis baş serjantı, 1977-ci il təvəllüdlü Mürsəlov Rüstəm Eldar oğlunun idarə etdiyi 90 AP 050 nömrə nişanlı "Kia Sportage" markalı avtomobil "Daf" markalı qoşqulu yük avtomobilinə çırpılıb. Nəticədə R.Mürsəlov ağır bədən xəsarətləri alıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda keçinib.Qəzaya uğrayan avtomobil Qaradağ Rayon Polis İdarəsi, 38-ci Polis Bölməsinin rəisi Turab Paşayevin xidməti avtomobili olub. Qəzada dünyasını dəyişən R.Mürsəlov isə polis baş serjantıdır və bölmə rəisi T.Paşayevin sürücüsü olub.Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.Qeyd edək ki, qəzaya səbəb kimi yağmurlu hava şəraitində sürət həddinin və ara məsafəsinin düzgün seçilməməsi göstərilir.Xatırladaq ki, rəis Turab Paşayev məşhur polis işçisi, bu ilin əvvəlində Şamaxının rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilən Şahmar Paşayevin oğludur.
Sizin Reklam Yeriniz