Əlaqə Arxiv
news Image
2014.11.25
09:50
| A A A
Pele yenidən xəstəxanaya düşüb

Braziliya və dünya futbolunun canlı əfsanəsi Pelenin səhhəti yenidən pisləşib.Movqe.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 74 yaşlı Edson Arantis du Nasimentu sidik yollarının infeksiyası diaqnozu ilə San-Pauludakı Albert Eynşteyn adına xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, 10 gün əvvəl sidik kisəsi və böyrəyindəki daşlardan əziyyət çəkən Pele həmin xəstəxanada əməliyyat olunub. Noyabrın 22 Pele evə buraxılmışdı, futbol kralına bir müddət evində istirahət etməsi məsləhət görülmüşdü.


Sizin Reklam Yeriniz