Əlaqə Arxiv
news Image
2014.11.25
14:14
| A A A
Azərbaycan müdafiə nazirinin keçmiş müavini həbs edilib

Azərbaycan müdafiə nazirinin keçmiş müavini həbs edilib.


APA-nın məlumatına görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə 1955-ci il təvəllüdlü Səlimov Mehman Əmirxan oğlu Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

 

Qeyd edək ki, M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.


Sizin Reklam Yeriniz