Əlaqə Arxiv
news Image
2014.11.25
14:59
| A A A
Şəmkirdə əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bölgələrində əmək yarmarkaları davam etdirilir. Movqe az  "APA-Economics"ə istinadən xəbər verir ki,

növbəti əmək yarmarkasının sabah noyabrın 26-da Şəmkir rayonunda keçirilməsi nəzərdə tutulur. Ə. Cavad adına Mədəniyyət Mərkəzində təşkil olunacaq aktiv məşğulluq tədbirində 22 müəssisə üzrə əsasən 226 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim olunacaq. Tədbirdə boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edəcək. ƏƏSMN tərəfindən bu ilin əvvəlindən bu günədək ölkənin 58 rayon və şəhərində əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 5 666 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 464 nəfər peşə hazırlığına, 275 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.

Sizin Reklam Yeriniz