Kənd təsərrüfatı naziri Lənkəranda vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabr ayının 28-də Lənkəran şəhərində Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.Movqe az "APA-Economics"ə istinadən xəbər verir ki, görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin nazirliyin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.