Əlaqə Arxiv
news Image
2014.11.25
16:49
| A A A
Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda YAP Yasamal rayon təşkilatı ilə birlikdə Yeni Azərbaycan Partiyasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Yeni Azərbaycan Partiyasının yaradılma tarixindən, davamlı ənənələrindən və müasir inkişaf proseslərindən elmi şəkildə bəhs edilmişdir.

Yeni Azərbaycan PartiyasıNizami adına Ədəbiyyat İnstitutu ilk partiya təşkilatının sədri Xədicə İskəndərli təmsil etdiyi elmi-tədqiqat institutunda həyata keçirilmiş ideoloji tədbirlərdən söz açmışdır.Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov partiya quruculuğu istiqamətində keçilmiş məsuliyyətli və şərəfli yolun böyük hadisələrini diqqət mərkəzinə çəkmiş, gənc alimlərə tövsiyələrini çatdırmışdır.

Çıxış edənlər – YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü Tağı Əhmədov, Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Qəzənfər Paşayev və başqaları müstəqil Azərbaycan dövlətinin tarixində və müasir inkişafında Yeni Azərbaycan Partiyasının böyük rolunu yüksək qiymətləndirmişlər.

Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarından bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunmuşdur.

Tədbiri yekunlaşdıran AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qarşıda duran vəzifələrdən danışmışdır.

Sizin Reklam Yeriniz