Əlaqə Arxiv
news Image
2014.11.25
09:54
| A A A
Masallıda 1999-2002-ci il təvəllüdlü oğlanlar arasında otüstü Hokkey idman növü üzrə açıq rayon birinciliyi keçirilib

13-19 Noyabr 2014-cü il tarixlərdə Masallı Olimpiya Kompleksində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1999-2002-ci il təvəllüdlü oğlanlar arasında otüstü hokkey idman növü üzrə "17 Noyabr Milli Dirçəliş Günü"nə həsr olunmuş açıq rayon birinciliyi keçirilmişdir.Movqe.az xəbər verir ki, 1999-2002-ci il təvəllüdlü oğlanlar arasında keçirilən birincilikdə səkkiz rayon komandası öz qüvvələrini sınamışlar. Olduqca gərgin mübarizə şaraitində keçirilən yarışda bütün rəqiblərinə qalib gələn Sumqayıt şəhərinin Gənclik komandası I yerə və eyniadlı Şəhərin UGİM-2 komandası II yerə layiq görülmüşlər. Masallı rayon komandası isə bu yarışda III yerlə kifayətlənməli olub.Qeyd edək ki, qalib gəlmiş komandalar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom , medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır


Sizin Reklam Yeriniz