Əlaqə Arxiv
news Image
2014.11.25
17:45
| A A A
Bakıda fahişəni bıçaqlayan şəxsə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini, 1988-ci il təvəllüdlü Cahangir Yusubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Cahangir Yusubov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.Qeyd edək ki, Cahangir Yusubov ötən il dekabr ayının 16-da gecə saatlarında kirayə yaşadığı mənzildə Reyhan Yuifovanı (ad və soyad şərtidir) bıçaqla hədələyərək ona qarşı quldurluq edib. Bıçağın tiyəsi ilə qadının başına və əllərinə xəsarət yetirən 26 yaşlı oğlan ona məxsus "Nokia" markalı mobil telefonu ələ keçirib. Hadisənin ertəsi günü Ceyhun Yusubov Yasamal rayon Polis İdarəsi, 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunub.

Onu da qeyd edək ki, R.Yusifova rəfiqəsi ilə birgə kirayədə yaşayıb. O, paytaxtın mərkəzində fəaliyyət göstərən "Bugatti" barında ofisiant işləyib və pul müqabilində intim xidmət göstərib. Dekabrın 15-də saat 22:30 radələrində Cahangir barda həmin qadınla tanış olub və 100 manat müqabilində intim əlaqədə olmaq üçün evinə aparıb. O, evində qadınla intim əlaqədə olandan sonra onu döyüb və pulunu alaraq qovub.

Sizin Reklam Yeriniz