Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba
dindarları Nizami Nəcəfov və Vəfanur Məmmədov, habelə onun qardaşı
Vəfadar Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib.
Movqe.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun
sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə
cəza istəyib. Prokuror N.Nəcəfovun 8 il 6 ay, V.Məmmədovun 7 il,
V.Məmmədovun isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini
tələb edib. Məhkəmə iclası dekabrın 2-də davam
etdiriləcək.
Təqsirləndirilən şəxslər bu ilin yanvar ayında Cinayət Məcəlləsinin
228.2.1-ci (bir qrup şəxs tərəfindən qanunsuz silah və döyüş
sursatı saxlanılması) maddəsi ilə həbs ediliblər. İstintaq zamanı
onlara Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (bir qrup şəxs
tərəfindən əvvəlcədən əlbir olmaqla insan oğurluğu) maddələrlə də
ittiham irəli sürülüb. Belə ki, N.Nəcəfov və Məmmədov
qardaşları Quba rayonu Nügədi kənd sakini Mərziyə Osmanovanı
oğurlamağa cəhd ediblər. Adıçəkilən qadının Quba rayon polis
şöbəsinin əməkdaşının bacısı olduğu deyilir. Məqsəd polis
əməkdaşından bacısının qarşılığında pul almaq olub.
Qeyd edək ki, ittiham olunanlar "vəhabi" kimi tanınan sələfi
əqidəli insanlardır.