Əlaqə Arxiv
news Image
2014.11.26
15:25
| A A A
Azərbaycanda insan sağlamlığı üçün təhlükəli duzlar satılır-FOTOLAR

Azərbaycanda kustar üsulla istehsal olunan və tərkibində ağır metalların, zəhərli maddələrin olduğu duzların açıq satılması halları aşkarlanıb. Movqe.az-ın məlumatına görə, bu barədə Azad İstehlakçılar Birliyi (AİB) bu gün keçirilən mətbuat konfransında bildirilib. Qeyd olunub ki, ölkəmizdə azad bazar şəraitinin, rəqabət mühitinin inkişafı istehsalçıların və istehlakçıların həyatına çox müsbət təsir göstərir. Lakin bəzi sahələrdə hələ də xoşagəlməz hallar özünü göstərməkdədir. Bununla əlaqədar olaraq Azad İstehlakçılar Birliyi (AİB) növbəti dəfə monitorinq keçirib. Monitorinq nəticəsində müəyyən olunub ki, yodlaşdırılmamış duzun bazara çıxarılması nəticədə istehlakçıların sağlamlığına çox böyük zərər verilir: "Əsasən Ukrayna, Rusiya istehsalı kimi təqdim olunan və digər xarici qablaşdırmalarda olan duzlar suda həll olunan zaman çöküntü verərək qeyri şəffaf bulanıq rəngə düşür. Bununla yanaşı, bu duzların ağır metallardan təmizlənməmiş olması da aydın müşahidə olunur. Hər bir istehlakçı bilməlidir ki, keyfiyyətli və saf duz suda həll olarkən suyun rəngi təmiz və şəffaf olmalıdır. Duzun suda asan həll olması və rənginin bəyaz olması isə onun keyfıyyətli məhsul olduğuna dəlalət edir. Buna görə də istehlakçılar duz alarkən onun qablaşdırmasına, istifadə müddətinə və istehsal müəssisəsinə diqqət etməlidir".

E. Hüseynovun sözlərinə görə, ölkənin ən nüfuzlu marketlərində yodsuz duzun satışı davam edir: " Bu duzlar əsasən "Morskoy sol" markası ilə satılır. Gəncə regionunda isə "Artyomsol" mal nişanı ilə yodsuz duz satışı davam edir. 
















Sizin Reklam Yeriniz