Əlaqə Arxiv
news Image
2014.11.26
16:00
| A A A
Saxta pullardan necə qorunaq?

Sax­ta pul is­teh­sa­ dün­ya qar­şı­sın­da du­ran qlo­bal prob­lem­lər­dən bi­ri­dir. Sa­­ rəng­li prin­ter­dən çı­xa­­lan ka­ğız par­ça­la­ hər il dün­ya iq­ti­sa­diy­ya­­na mil­yard­lar­da dol­lar zər­ vu­rur. ­əs­süf ki, de­no­mi­na­si­ya si­ya­­tin­dən son­ra yük­sək no­mi­nal­ val­yu­ta­ya sa­hib olan azər­bay­can da, be­ ne­qa­tiv hal­lar­dan uzaq­da qa­la bil­­yib. 2006- il­ ­ya­ta ke­çi­ri­lən de­no­mi­na­si­ya si­ya­­ti öl­­miz­ sax­ta pul is­teh­sa­­nın art­ma­­na ­ti­rib çı­xa­rıb. Əv­vəl­lər döv­riy­­ ən çox 5, 10, 20, ma­nat­lıq sax­ta əs­ki­nas­la­ra rast ­li­nir­di­, bu gün  50,100 ma­nat­lıq əs­ki­nas­lar da sax­ta­laş­­­lır. Bu ­bəb­dən alış-ve­riş za­ma­, sa­­­lar xüsusilə 20,50,100 ma­nat­lıq əs­ki­nas­la­rın hər iki üzü­ yox­la­dıq­dan son­ra ­bul edir­lər.  Öl­­miz­ sax­ta əs­ki­nas­lar əsa­sən kus­tar üsul­la ha­zır­lan­sa da, al­da­nan­lar ki­fa­yət ­dər­dir.Beynəlxalq dövriyyədə istifadə olunan avro və dolların saxtalaşdırılmasının qarşısını almaq üçün bu valyuta ehtiyatlarının dizaynı və qoruyucu nişanları tez-tez dəyişdirilir. Milli valyutamız olan manatın qoruyucu nişanları və dizaynı isə 9 il bundan əvvəl hazırlanıb.Azərbaycan Mərkəzi Bankından isə manatın mühafizəsi ilə bağlı zəruri tədbirlərin görüldüyü bildirilir. Mərkəzi Bankın məlumatına görə, yeni əskinasların mühafizəsi xüsusi "mühafizə fəlsəfəsinə" uyğun olaraq 4 pilləli (I, II, III və IV dərəcəli) yaradılıb: "Hər nominalın öz əsas fon rəngi vardır, eyni mühafizə elementləri bütün nominallarda eyni yerlərdə yerləşdirilib. Əhali üçün nəzərdə tutulan I dərəcəli mühafizə elementləri bütün əskinaslar üçün eynidir və eyni yerlərdə yerləşdirilib. Burada yalnız əskinasın nominalı və manat göstərilir, xüsusi avadanlıq istifadə olunmadan müəyyən edilir. II dərəcəli mühafizə elementləri sadə alətlərlə (böyüdücü şüşə və UB lampa) müəyyən edilir. III dərəcəli mühafizə elementləri yüksək texnologiya əsasında hazırlanmış, saxta əskinasları həqiqi əskinaslardan fərqləndirmək məqsədilə bank ekspertləri və xüsusi avadanlıqlarla müəyyən edilmək üçün nəzərdə tutulub. IV dərəcəli mühafizə elementləri yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

Əskinasların üz tərəfində yerləşdirilmiş müxtəlif mühafizə elementləri: Qabarıq çap: nominalın gizli rəqəmi, relyefli nominallar, mikroçap, hissələrə ayrılmış rənglər, rəngini dəyişən gizli element. Ofset və digər texniki üsullar: işığa tutduqda görünən element, xüsusi dəqiq cizgilər, mikro və makro çap, surətçıxarmaya qarşı xüsusi xətlər strukturu. Sol aşağı küncdə dizaynın əsas fonuna müvafiq rəngini dəyişən nominalın rəqəmi – möcüzəli rəqəm. Holoqram: 10, 20, 50 və 100 Manatlıq nominallarda əsas dizayn mövzusuna uyğun olan fərdi holoqramlar. Su nişanı (nominalın işıqda görünən nominalı və dizaynı): fərdi su nişanları (hər nominalın əsas dizayn mövzusu və nominalı). Ultrabənövşhəhi (UB) işıqda görünən elementlər: dizaynın bəzi elementləri UB işığında görünür. Xüsusi lak: çirklənməyə, mayelərə və bəzi turşulara bulaşmağa qarşı. Əskinasın arxa tərəfində yerləşdirilmiş müxtəlif mühafizə elementləri: Qabarıq çap: relyefli nominallar, mikroçap, hissələrə ayrılmış rənglər. Ofset və digər texniki üsullar: İşığa tutduqda görünən element, xüsusi dəqiq cizgilər, mikro və makro çap, surətçıxarmaya qarşı xüsusi xətlər strukturu. Sehirli xətlər: nominalın əsas rənginə uyğun dəyişən zolaqlar. Metal mühafizə sapı: nominalı göstərən metal mühafizə sapı. Nömrələmə: özünəməxsus horizontal və vertikal bir hərfli, səkkiz rəqəmli nömrələmə. UB işıqda görünən elementlər: dizaynın bəzi elementləri UB işıqda görünür. Xüsusi lak: çirklənməyə, mayelərə və bəzi turşulara bulaşmağa qarşı. Arxa tərəfdə ümumi "mühafizə fəlsəfəsinə" uyğun olaraq xüsusi avadanlıqla seriya nömrələri, ultrabənövşəyi və infroqırmızı spektrdə müəyyənləşdirilən mühafizə elementləri (II və III dərəcəli) yerləşdirilib.  Müasir dövrdə kompyuter və sürətçıxarma texnologiyalarının intensiv inkişaf etməsi, eyni zamanda əskinasların mühafizəsi üçün istifadə olunan texnologiyalar və mühafizə elementlərinin müxtəlif sahələrdə istifadə olunması saxtakarlıq ehtimallarını yüksəldir. Məhz bu səbəblərdən əskinaslarda yeni və müasir mühafizə elementlərinin və xüsusi mühafizə sistemlərinin tətbiqinin aktuallığı getdikcə artırdı. Saxtakarların uğurlu olmalarının əsas amili əhalinin pul nişanlarının mühafizə elementlərini tam müəyyən edə bilməməsi ilə səciyələnir. Belə olan halda Mərkəzi Bankın əsas vəzifəsi yeni və ənənəvi texnologiyaların kombinasiyası olan mühafizə sistemini yaratmaqdan və ictimaiyyəti bunlarla yaxından tanış etməkdən ibarət olur. Bunları nəzərə alaraq yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi "mühafizə fəlsəfəsinə" uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanıbdır. Belə ki, yeni nəsl əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir. 1-dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir".

İqtisadçı Vüqar Bayramov da hazırki durumda manatın saxtalaşdırılmasının qarşısının alınması üçün milli valyutamızın dizaynında və qoruyucu nişanlarında dəyişiklik edilməsinin tərəfdarı deyil. V. Bayramov deyir ki, ilk növbədə bu xərc tələb edən bir məsələdir: "Avronun və dolların dizaynında və qoruyucu kodlarında dəyişikliyin aparılmasını şərtləndirən bəzi amillər var. Bura dünya valyuta ehtiyatlarının bu iki valyuta növü ilə saxlanılması aiddir. Unutmayaq ki, dünya valyuta ehtiyatlarının 62 faizi dollar, 25 faizi isə  avro ilə saxlanılır. Ona görə də, həmin valyutaların saxtalarının kəsilməsinin qarşısını almaq üçün təhlükəsizlik kodlarının dəyişdirilməsi vacibdir.  Azərbaycan manatı da regional valyutaya çevrilərsə, buna ehtiyac yaranar. Hələki manatın dizaynın  dəyişdirilməsi artıq xərc olmaqla yanaşı insanların yeni puldan istifadəsində də müəyyən çətinliklər yarada bilər".

V. Bayramov hazırki durumda saxta pulların dövriyyəsinin məhdudlaşdırılması üçün saxta pullarrın yoxlanması üçün avadanlıqların alınmasını ticarət obyektlərinə və alqı-satqı mərkəzlərinə paylanılmasının vacib olduğunu söyləyir: "Fikrimcə, saxta pulların dövriyyəyə girməsini məhdudlaşdırmaq üçün bu aparatların istifadəsi sürətləndirilməlidir".

Sizin Reklam Yeriniz