Əlaqə Arxiv
news Image
2014.11.26
18:30
| A A A
Evdə təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinə pul veriləcək

Azərbaycanda evdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə maliyyə vəsaiti veriləcək. Trend-in məlumatına görə, bununla bağlı "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında" qanuna 26.3-1 saylı maddə əlavə edilib. Əlavə edilən maddəyə əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün bu qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş vəsait ayrılır. Dəyişiklik bu gün Milli Məclisin Sosial siyasət komitəsində müzakirədən sonra plenar iclasa tövsiyə edilib. 

Sizin Reklam Yeriniz